Alkantaranın qardaşı da "Barselona"dan ayrıldı

Alkantaranın qardaşı da "Barselona"dan ayrıldı
XƏBƏR 15 İyul 2013 / 19:02 3053
-  A +

"Barselona"dan "Bavariyaya transfer olunan Tiaqo Alkantaranın qardaşı Rafinya Alkantara da yeni mövsümdə Kataloniya klubunun formasını geyməyəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə,  hücumameyilli yarımmüdafiəçi bir il "Selta Viqo"da icarə əsasında oynayacaq.

Xatırladaq  ki, Rafinya bu yay "Barselona" ilə müqaviləsini 2016-ci ilə qədər uzatmışdı.

Qeyd edək ki, Tiaqo Alkantara isə 4 illiyə "Bavariya"ya transfer olunub.


Son xəbərlər
topaz banner