"Mançester Yunayted"dən Fabreqasa 30 milyon avro

"Mançester Yunayted"dən Fabreqasa 30 milyon avro
XƏBƏR 15 İyul 2013 / 17:49 2213
-  A +

"Mançester Yunayted" yaxından maraqlandığı iddia edilən Tiaqo Alkantaranın "Bavariya"ya transferinin ardından digər "Barselona"lı oyunçunu heyətinə qatmağa hazırlaşır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, klub bu dəfə Sesk Fabreqasın transferi üçün hərəkətə keçib.

Artıq bunun üçün "Mançester Yunayted"in Kataloniya klubuna 30 milyon avroluq təklif göndərdiyi deyilir. "Barselona"nın bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Fabreqasla "Arsenal" və "İnter" klublarının da maraqlandığı iddia edilir.

Son xəbərlər
topaz banner