"Sumqayıt"ın rəqibləri müəyyənləşdi

"Sumqayıt"ın rəqibləri müəyyənləşdi
XƏBƏR 15 İyul 2013 / 17:22 1344
-  A +

Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" klubu qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Qol.Az-ın klubun rəsmi satına istinadən verdiyi məlumata görə, artıq baş tutacaq 2 oyundakı rəqiblərin kimliyinə aydınlıq gəlib.

Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 17-də Gürcüstan 1-ci liqa təmsilçisi "Mertsxali" ilə qüvvəsini sınayacaq. "Sumqayıt" klubu iyulun 20-də isə Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək.

Son xəbərlər
topaz banner