"Real" Məsut Özillə müqavilə yeniləyir

"Real" Məsut Özillə müqavilə yeniləyir
XƏBƏR 15 İyul 2013 / 17:01 1882
-  A +

"Real" (Madrid) klubu futbolçusu Məsut Özili komandada daha uzun müddət saxlamaq istəyir.

Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, klub alman yarımmüdafiəçi ilə 2016-ci ildə bitəcək müqaviləni 2019-ci ilə qədər uzatmaq niyyətindədir. 

Madrid klubu gəldiyi gündən göstərdiyi oyunla bir çox klubun diqqət mərkəzində olan Özillə müqaviləni yeniləməklə futbolçunu başqa komandaya getməsinn qarşısını almağı planlaşdırır. "Kral klubu" bu həftə türkəsilli oyunçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Özillə "Bavariya"nın da maraqlandığı iddia edilir.

 


Son xəbərlər
topaz banner