"Qalatasaray" Ümid Bulutu rəsmən transfer etdi

"Qalatasaray" Ümid Bulutu rəsmən transfer etdi
XƏBƏR 15 İyul 2013 / 16:12 2630
-  A +

"Qalatasaray" klubu ötən mövsüm klubda icarə əsasında forma geyən "Tuluza"nın futbolçusu Ümid Bulutu rəsmən transfer edib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı oyunçu ilə 3+1 sistemi ilə müqavilə imzalanıb.

Bu transfer üçün İstanbul klubunun 2 milyon 770 min avro ödəyəcəyi bildirilir. Hücumçu isə klubda ilk ilində 1 milyon 750 min avro, ikinci ilində 1 milyon 800 min avro, üçüncü və dördüncü ilində isə 1 milyon 850 min avro qazanacaq. Futbolçuya ümimilikdə forma geyindiyi hər matça görə isə 15 min avro veriləcək.
 


Son xəbərlər
topaz banner