Ançelotti rusiyalı futbolçunu sınayır

Ançelotti rusiyalı futbolçunu sınayır
XƏBƏR 15 İyul 2013 / 15:48 3113
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti klubun aşağı yaş qrupunun rusiyalı futbolçusu Denis Çerışevi əsas komandaya gətirə bilər.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis hələlik "Real"la La Liqada heç bir matça çıxmamış 22 yaşındakı futbolçunun oyununu izləyəcək.

Ançelotti Çerışevin əsas komanda ilə məşq zamanı oyununa əsasən qərarını verəcək.

Qeyd edək ki, rus yarımmüdafiəçiyə Almaniya və İngiltərədən bir çox təklif var.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner