"Sumqayıt" Gürcüstanda hazırlığını davam etdirir

"Sumqayıt" Gürcüstanda hazırlığını davam etdirir
XƏBƏR 15 İyul 2013 / 14:47 1191
-  A +

"Sumqayıt" klubu Topaz Premyer Liqasının 2013/2014 mövsümü üçün hazırlıq mərhələsinin ikinci mərhələsinə başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Gürcüstanın Batumi şəhərində məskunlaşan komanda hazırlığını davam etdirir.

Aqil Məmmədovun komandası səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. Artıq Pərdis Fərcad-Azad da komanda ilə birlikdə hazırlaşır. Zədəli olan futbolçu hələki fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, hərbçilər arasında 1-ci Dünya Futbol Kubokunda iştirak edən Anar Nəzirov və Nurlan Novruzov isə komandaya sabah qoşulacaqlar.

Son xəbərlər
topaz banner