Əvvəl "Neftçi", sonra "Skenderbeu"

Əvvəl "Neftçi", sonra "Skenderbeu"
XƏBƏR 15 İyul 2013 / 12:49 2985
-  A +

"Neftçi" klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi oyunöncəsi mətbuat konfransı və açıq məşq olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Böyükağa Hacıyevin, eləcə də futbolçular – Rəşad Sadiqov və Flavinyonun iştirakı ilə keçiriləcək mətbuat konfransı “Bakcell Arena”da sabah saat 18:30-da, açıq məşqi isə bundan yarım saat sonra, 19:00-da başlanacaq.

Rəqib komanda “Skenderbeu”nun mətbuat konfransı həmin gün, eyni məkanda saat 19:30-da, açıq məşqi isə saat 20:00-da keçiriləcək.

Son xəbərlər
topaz banner