“Real” yeni transferini təqdim etdi

“Real” yeni transferini təqdim etdi
XƏBƏR 15 İyul 2013 / 12:39 3613
-  A +

"Real" (Madrid) yeni transferi Asyer İlyaramendini ictimaiyyətə təqdim edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 38 milyon avroya komandaya gətirilən futbolmu ilə 6 illik rəsmi müqavilə imzalanıb.

Yeni transfer barədə fikirlərini bildirən Madrid klubunun prezidenti Florentino Perez Asyerin fantastik bir futbolçu olduğunu deyib: "Bu gün "Real" möhtəşəm bir oyunçunu heyətinə qatır. Asyer İspaniya U-21 millisinin çox önəmli futbolçularından biridir".

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi Madrid klubunda 24 nömrəli forma ilə çıxış edəcək.


Son xəbərlər
topaz banner