Venger: "Səviyyəli oyunçuya ehtiyacımız var"

Venger: "Səviyyəli oyunçuya ehtiyacımız var"
XƏBƏR 15 İyul 2013 / 12:11 1755
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger son zamanlar Qonzalo İquain, Luis Suarez, Ueyn Runiylə maraqlandıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəsis adları çəkilən oyunçuların hər birinin səviyyəli futbolçu olduqlarını deyib.
 
Venger eyni zamanda bu futbolçuların heç birinin komandaya uyğun olmadığını bildirib:

"Onların klubları ilə müqavilələri var. Azarkeşlər ulduz oyunçuların komandaya gətirilməsini istəyir. Ancaq bizim sayca çox transferə deyil, səviyyəli oyunçuya ehtiyacımız var".

Qeyd edək ki, "Arsenal" indi kimi yalnız Yaya Sanoqonu transfer edib.

Son xəbərlər
topaz banner