Madrid "Real"ı İbrahimoviçdən imtina etdi

Madrid "Real"ı İbrahimoviçdən imtina etdi
XƏBƏR 15 İyul 2013 / 11:35 2334
-  A +

Madridin "Real" klubu PSJ-nin futbolçusu Zlatan İbrahimoviçin transferindən imtina edib.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, buna 31 yaşlı oyunçunun təzminat qiyməti və maaşının yüksək olması səbəb olub.
 
Belə ki, Paris təmsilçisi bu transfer üçün Madrid klubundan 20 milyon avro istəyib. İbrahimoviç isə PSJ-də illik qazandığı 15 milyon avrodan daha azını - 12 milyon avro "Real"dan tələb etsə də, bu təkliflər İspaniya klubu tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, İbrahimoviçlə "Mançester Siti"nin də maraqlandığı iddia edilir.

Son xəbərlər
topaz banner