"Van Persi zədələnərsə, ona ehtiyacımız olacaq"

"Van Persi zədələnərsə, ona ehtiyacımız olacaq"
XƏBƏR 15 İyul 2013 / 11:04 1900
-  A +

"Mançester Yunayted"in baş məşqçisi David Moyes futbolçusu Ueyn Runiyə oyunlarda nə qədər şans verib-verməyəcəyi haqqında danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis ingilis hücumçunun yalnız Robin Van Persi zədələnəcəyi halda imtinaedilməz olacağını deyib:

"Runi haqqında düşünəcəyəm. Əgər Van Persi zədələnərsə, ona ehtiyacımız olacaq. Danni Uelbeki və Xavyer Hernandezi də oynatmaq istəyirəm. Futbolçularıma mümkün olduğu qədər çox şans verməyi planlaşdırıram".

Qeyd edək ki, Runinin komandadan ayrılmaq istəməsinə səbəb kimi onun ötən mövsümkü oyunlarda daha az forma geyinməsi olduğu bildirilmişdi. Lakin Moyeslə danışıqlardan sonra hücumçu komandada qalmaq qərarını vermişdi.

 


Son xəbərlər
topaz banner