"Borussiya" daha bir futbolçu transfer edir

"Borussiya" daha bir futbolçu transfer edir
XƏBƏR 15 İyul 2013 / 10:33 3175
-  A +

"Borussiya"nın (Dortmund) idarə heyətinin üzvü Hans-Yoahim Vatske klubun transfer planları haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, "Spox"a müsahibəsində o bildirib ki, transfer pəncərəsi bağlanana qədər daha bir oyunçunu heyətlərinə qatmaq istəyirlər:

"Hazırda bundan artığını söyləyə bilmərəm. Bir transfer daha edəcəyik və bu futbolçu Bundesliqadan olmayacaq. Bunun üzərinə çalışırıq" - deyə Vatske bildirib.

Qeyd edək ki, indiyə kimi Dortmund təmsilçisi Pyer-Emerik Obameyanq, Sokratis Papastatopulos və Henrik Mkitaryanı transfer edib.

Son xəbərlər
topaz banner