"Liverpul" kapitanı ilə müqavilə yeniləyir

"Liverpul" kapitanı ilə müqavilə yeniləyir
XƏBƏR 15 İyul 2013 / 10:16 1747
-  A +

"Liverpul" klubunun kapitanı Stiven Cerrard komandası ilə müqaviləsini uzadacaq.

Qol.Az-ın məlumatına görə, Liverpul təmsilçisi ingilis futbolçunu 2015-ci ilə qədər komandada saxlamağı planlaşdırır.

Bununla da, "Liverpul"un simvolu sayılan Cerrard karyerasını doğma komandasında başa vuracaq. 14 mövsümdür "Liverpul"un şərəfini qoruyan 33 futbolçu karyerasını tək bir kluba həsr etmək istəyir.

Qeyd edək ki, Cerrardın karyerasını başa vurduqdan sonra da "Liverpul"da qalıb, hər hansı bir vəzifədə işləyəcəyi iddia olunur.


Son xəbərlər
topaz banner