"Rəvan" Sloveniyaya gedəcək

"Rəvan" Sloveniyaya gedəcək
XƏBƏR 15 İyul 2013 / 00:01 1139
-  A +

"Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində artıq ilk mərhələni geridə qoyub.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyunun 20-dən hazırlıqlara başlayan komanda dünən AZAL ilə "Bayıl Arena”da yoldaşlıq oyunu keçirməklə hazırlığın birinci mərhələsini başa vurdu.

Bu gün isə, "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyaya yollanacaq. Bakı – Vyana – Maribor marşrutu ilə hərəkət edəcək komanda Bakıdan Avstriyanın paytaxtına təyyarə ilə, ordan Sloveniyanın adıçəkilən şəhərinə isə avtobusla yollanacaq.

Mariborda komanda üzvləri "Draş Hotel”də qalacaq. Komandamız Maribor toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirməyi nəzərdə tutub. Toplanış ayın 26-na qədər olacaq. İyulun son, avqustun ilk günlərində isə hazırlığın sonuncu mərhələsi olacaq. Komanda həmin müddətdə yenə Bakıda hazırlığını davam etdirəcək.

Son xəbərlər
topaz banner