"Qarabağ"ın rəqibinin Bakıya gələcəyi tarix müəyyənləşdi

"Qarabağ"ın rəqibinin Bakıya gələcəyi tarix müəyyənləşdi
XƏBƏR 14 İyul 2013 / 19:19 2772
-  A +

Avroliqanın ikinci mərhələsində "Qarabağ"ın rəqibi "Piast" klubunun Bakıya gələcəyi tarix məlum olub.

Qol.Az-ın Polşa mətbuatına istinadən yaydığı xəbərə görə, qonaq komanda çarter reysilə oyuna iki gün qalmış paytaxtımıza təşrif buyuracaq.

"Biz iyulun 16-da səhər vaxtı səfərə çıxacağıq. Uçuş müddəti təxminən 5 saatdır. Ümumi xərc 50-80 min avro təşkil edəcək. Bakı səfəri çətin olsa da, biz buna hazırıq" – deyə "Piast"ın prezidenti Yaroslav Kolodzeyçik bildirib.

Klub Bakıda beşulduzlu otellərdən birində məskunlaşacaq və yerli mətbəxdən istifadə etməməyi qərara alıb.

"Qarabağ" - "Piast" oyunu iyulun 18-də keçiriləcək. Cavab qarşılaşması bir həftə sonra Qlivisedə baş tutacaq.


Son xəbərlər
topaz banner