Kapello: "Şimali İrlandiya ilə oyun çox vacibdir"

Kapello: "Şimali İrlandiya ilə oyun çox vacibdir"
XƏBƏR 14 İyul 2013 / 01:20 1481
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello avqust ayında qarşılaşacaqları Şimali İrlandiya ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis bu görüşün onlar üçün çox vacib olduğunu bildirib:

"Şimali İrlandiya ilə oyunun avqust ayında keçirilməsi bizim üçün yaxşıdır. Həmin oyuna qədər futbolçularım lazımi formanı yığa biləcəklər. Mən hər zaman yığma üçün yeni futbolçular axtarıram. Lakin bu o demək deyil ki, biz yığmanın əsas oyunçularından imtina edəcəyik. Britaniya təmsilçisi ilə matç yoldaşlıq görüşü deyil və bizim üçün çox vacib oyundur".

Qeyd edək ki, Şimali İrlandiya - Rusiya oyunu avqustun 14-də Belfastda keçiriləcək.


Son xəbərlər
topaz banner