"Xəzər Lənkəran" ilk yoxlama matçına çıxdı

"Xəzər Lənkəran" ilk yoxlama matçına çıxdı
XƏBƏR 14 İyul 2013 / 00:57 3318
-  A +

Gürcüstanda yeni mövsümə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran"ın əvəzedici komandası bu gün ilk yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, yerli "Adeli" (Batumi) klubunun əvəzedicilərinə qarşı keçirilən matçda qollu heç-heçə qeydə alınıb.

Oyunda hesabı Lənkəran təmsilçisi açıb. Cavid Bağırov 65-ci dəqiqədə "Xəzər Lənkəran"ı hesabda irəli çıxarıb. Yalnız oyunun 89-cü dəqiqəsində "Xəzər Lənkəran"ın qapısına yol tapan "Adeli" oyunda yekun nəticəni müəyyən edib - 1:1.

 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner