Erikson superliqa yolunda

Erikson superliqa yolunda
DÜNYA FUTBOLU 30 Yanvar 2013 / 13:16 2914
-  A +

Ərtuğrul Sağlamın istefasından sonra baş məşqçi axtaran "Bursaspor" rəhbərliyi bir vaxtlar İngiltərə milli komandasını çalışdırmış məşhur isveçli baş məşqçi Sven Qoran Eriksonu komandaya gətirmək fikrindədir.

Qol.Az-ın məlumatına görə, Dubayın "Əl Nəsr" komandasında texniki məsləhətçi işləməyə hazırlaşan Erikson "Bursaspor" rəhbərliyinin təklifini qəbul edib və danışıqlara hazır olduğunu bildirib.

Qeyd edək ki, Eriksonun mövsümün əvvəlində "Beşiktaş"la da danışıqlar apardığı iddia olunurdu.


Son xəbərlər