İtaliya futbolunda növbəti qalmaqal (VİDEO)

İtaliya futbolunda növbəti qalmaqal (VİDEO)
VİDEO 4 Yanvar 2013 / 03:04 3083
-  A +

İkinci dövrənin hazırlıqlarını İtaliyada davam etdirən "Milan" klubu aşağı liqa təmsilçisi "Pro Patrio" komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, lakin oyun yarımçıq dayandırılıb. Buna isə "Pro Patrio" klubunun azarkeşlərinin irqçi davranışları səbəb olub.
 
Belə ki, "Milan"ın 3 qaradərili futbolçusu - M'Baye Nianq, Kevin-Prins Boatenq və Sulley Muntari rəqib komandanın azarkeşlərinin irqçi təzyiqlərinə məruz qalıb. Matçın 25-ci dəqiqəsində sinirlərinə hakim ola bilməyən Boatenq topu azarkeşlərə tərəf vurub və formasını çıxardaraq oyunu tərk edib. Bununla da, vəziyyətin daha da gərginləşdiyini görən matçın baş hakimi oyunu yarımçıq dayandırmalı olub.

Qeyd edək ki, "Pro Patrio" klubu daha öncə azarkeşlərinin irqçi davranışları səbəbindən 15 min avro məbləğində cəzalandırılmışdı.


Daha çox


Son xəbərlər