Premyer-liqa başa çatdıqdan sonra bütün diqqətimizi yönəltmişik millinin oyunlarına. Qarşıdan Türkiyəylə matç gəlir. Hamımız oturub, bu qarşılaşmanı müzakirə edirik. Hətta bəziləri millimizindən uğur da gözləyir. Amma Türkiyə futbolu ilə bizimkini müqayisə edəndə, görürsən ki, yerlə göy qədər fərq var. Həqiqətən də belədir. Bizim türkiyəlilərə çatmağımıza çox var. Lap çox.
Birincisi bizim futbola baxış tərzlərimiz fərqlidir. Biz futbola yalnız əyləncə kimi baxırıq. Amma onlar üçün futbol həyat tərzidir. Futbolsuz yaşaya bilməzlər türkiyəlilər. Şənbə günü “Beşiktaş”ın azarkeşlərinə televizorda tamaşa edərkən, buna bir daha əmin oldum. Təsəvvür edin ki, Dənizliyə yollana bilməyən “Beşiktaş”lı azarkeşlər qarşılaşmanı mərkəzi meydanlardan birində quraşdırılmış böyük ekranda izləyirdilər. Həmin meydanda o qədər fanat var idi ki... Bizdə heç iddialı klubların belə, oyununa o qədər azarkeş gəlmir. Türkiyəlilər azarkeşlik etdikləri kluba qürur mənbəyi kimi baxırlar. Bizim klublar isə azarkeşləri stadiona pul vasitəsiylə cəlb edirlər. Sonra da deyirlər ki, biz futbolu sevirik. Vallah, yalan söhbətdi. Futbolu sevən ölkənin aparıcı klublarının oyunları zamanı stadion dolu olmadılır, boş yox. Bəhanə də gətirirlər ki, klublar yaxşı oynamır, ona görə də stadiona gələn yoxdur. Məgər 15-20 il əvvəl Türkiyə klubları yaxşı oynayırdı? Yox! Amma 15-20 il əvvəlki kadrlara baxın. Türkiyədəki stadionlar o zaman da indiki kimi dolub-daşırdı.
Bizim futbolçular futbola yalnız qazanc mənbəyi kimi baxırlar. Türkiyəliləri isə ilk növbədə karyera düşündürür. Çünki bilirlər ki, yaxşı karyera qura bilsən, pul onsuz da özü gələcək. Bir adam içinə çıxarılası Rəşadımız var, vəssəlam. Qalanlarının əksəri pulu fikirləşirlər. Zəngin karyera, güclü çempionatda çıxış etmək və s. heç kimin vecinə deyil. Danışanda da deyirlər ki, vətənimiz üçün darıxırıq, xaricdə yaşaya bilmirik, nə bilim nə... Elə bil, uşaq başı alladırlar. Sonra da legionerləri bəyənmirlər. Deyirlər ki, limit götürülməlidir. Yerli oyunçular da oynamalıdırlar. Qardaş, sən güclüsənsə, onsuz da oynayacaqsan da. Onun limitə nə dəxli var? Məgər Samir Abbasov, Rafael Əmirbəyov, Cəmşid Məhərrəmov, Rail Məlikov və başqaları azərbaycanlı deyilər? Limit onlara niyə təsir eləmir?
Futbolçularımızın da 90 faizini eyni şey düşündürür - pul, maşın, ev, obyekt və qız. Əgər Azərbaycan milli komandasının oyunçusu vacib oyunöncəsi gecə oteldən qaçıb, səhəri qız yanında açırsa...
Bizim klub rəsmiləri də türkiyəli həmkarlarından fərqlənirlər. Ən azı ona görə ki, Türkiyə klublarının rəsmiləri komandaları uğur qazanan kimi meydanın ortasına qaçmırlar ki, xatirə şəkillərinə onlar da düşsünlər... Ən əsası onların futboldan başı çıxır.
Vallah, müqayisə etməklə qurtaran deyil. Könül istərdi ki, bizim futbolçular da dünya səviyyəsində tanınsınlar. Amma onlar həmişə başımızı aşağı ediblər. Mən Osman Tanburacıdan fərəhlə soruşanda ki, “İlqar Qurbanovu tanıyırsız? Hansı ki, “Sivasspor”da oynayırdı, hətta “İnönü”də “Beşiktaş”a qol da vurmuşdu. İndi isə “Boluspor”da oynayır”. Türkiyəli həmkarımın cavabı məni elə məyus etdi ki, sualı verməyimə peşman oldum: Tanburacının cavabı indi də qulağımdan getmir: "Tanımıram. Amma düşünürəm ki, yaxşı futbolçu olsaydı, “Sivasspor”dan “Boluspor”a geriləməzdi”.
Sonra da Foqtsu qınayırlar...
Ibrahim Cəfərov
[email protected]
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”