İqor Mitreskidən Elçin Məmmədova etiraz (VİDEO)

İqor Mitreskidən Elçin Məmmədova etiraz (VİDEO)
VİDEO 24 Dekabr 2012 / 13:00 2346
-  A +

“AZAL klubu ilə oyunda ilk hissənin sonuna yaxın sürüşmə fəndi ilə topu rəqibdən aldım. Həmin anda hakim oyunu dayandıraraq cərimə zərbəsi təyin etməklə yanaşı mənə sarı vərəqə göstərdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi İqor Mitreski Premyer Liqanın 18-ci turunun AZAL-la oyunda hakim Elçin Məmmədov tərəfindən sarı vərəqə alması epizonu şərh edərkən klubun saytına bildirib.

Makedoniyalı futbolçu qeyd edib ki, fəndi təmiz yerinə yetirib və sarı vərəqənin nə üçün göstərildiyini anlamır: "Beynəlxalq təcrübəmə əsaslanıb deyə bilərəm ki, belə vəziyyətlər sırf oyun epizodu hesab olunur. İnanıram ki, vərəqə epizodu AFFA-nın İntizam Komitəsi tərəfindən araşdırılacaq və ədalətli qərar çıxarılacaq”. Qeyd edək ki, sarı vərəqə limitini doldurduğu üçün İ.Mitreski dekabrın 15-də "İnter"ə qarşı keçiriləcək Premyer Liqanın oyununu buraxmalı olacaq.




Son xəbərlər