Azərbaycan Premyer Liqasının XVIII turunun "Inter" - "Bakı" qarşılaşmasını izləyənlər arasında "Atletiko" (Madrid) klubunun rəsmiləri də yer alırdı.
Qol.Az-ın məlumatına görə, "Bakı"nın prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan tərəfdaş klubun nümayəndələri komandanın oyununu "Şəfa" stadionunun tribunalarından seyr ediblər.
Oyundan sonra açıqlama verən Migel Angel Hil Marin olduqca maraqlı fikirlər səsləndirib. "Atletiko" Madrid klubunun idarə heyətinin sədri komandasının oyun forması üzərində yer alan və böyük rezonans doğuraraq, gündəmdə aktuallığını itirməyən "Land of fire Azerbaijan" barədə açıqlama verib:
"Yenidən Azərbaycanda və ölkənizin gözəl paytaxtında olmaqdan məmnunam. Hafiz Məmmədova təşəkkür edirəm ki, bizə bu qədər böyük diqqət və qayğı ilə yanaşır. "Atletiko" və "Bakı" klubları böyük əməkdaşlıq müqaviləsin imza atıblar. Biz bu tərəfdaşlığın Azərbaycan futbolunun inkişafı üçün çox faydalı olacağına inanırıq.
Komandamızın İspaniya La Liqası oyunlarına "Land of fire Azerbaijan" reklamı ilə çıxmasına aydınlıq gətirmək istəyirəm. Əməkdaşlıq barədə ilk müzakirələrimizdə "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov bu tərəfdaşlığın tək futbolla çərçivələnməsini deyil, ümumiyyətlə Azərbaycan və İspaniya xalqlarının dostluğuna xidmət etməsi arzularını ifadə etdi. Bu təklif böyük maraqla qarşılandı. Biz "Atletiko" olaraq qədim və tarixi ənənələrə malik Azərbaycan tərəfi ilə əməkdaşlıqla fəxr edirik.
Bu ölkənin səmimi və mehriban insanlarına dərin hörmətlə yanaşırıq. Klublarımız və xalqlarımız arasında yaradılan bu körpüyə görə Hafiz Məmmədova təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, "Atletiko" oyun formaları üzərində "Land of fire Azerbaijan" yazısının yerləşdirilməsi ideyasının müəllifi özüməm. Hətta onu da əlavə edim ki, yazının məzmun və dizayn ideyası da mənim təxəyyülümün məhsuludur.
"Atletiko" klubu bu reklamın yerləşdirilməsi ilə ölkənizə və xalqınıza olan hörmət və ehtiramını ifadə edir. Bu fəaliyyət üçün klubumuza heç bir vəsait ödənilməyib və bu məsələ müzakirə mövzusu deyil.
"Land of fire Azerbaijan" "Atletiko" klubunun hədiyyəsidir. Biz iki klub arasında əməkdaşlığa geniş müstəvidən yanaşırıq. İnanıram ki, "Atletiko" və "Bakı" klubları arasında yaşanan hərtərəfli əməkdaşlıq Azərbaycan futbolunun inkişafında öz sözünü deyəcək".
Çıxışını bu sözlərlə tamamlayan Migel Angel Hil Marin alqışlar altında üzərində "Land of fire Azerbaijan" yazılan "Atletiko" formalarını "İnter" klubunun fəxri prezidenti Cahangir Hacıyev və "Bakı" klubunun prezidenti Hafiz Məmmədova təqdim edib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı