Rəşad Sadıqov dekabrın 10-dan sonra İspaniyaya gedir

Rəşad Sadıqov dekabrın 10-dan sonra İspaniyaya gedir
XƏBƏR 4 Dekabr 2008 / 16:40 3967
-  A +

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov İspaniyanın «Valyadolid» klubundan rəsmi dəvət aldığını təsdiqləyib. Qol.Az-ın əməkdaşıyla söhbətində R.Sadıqov dekabrın 10-dan sonra «Valyadolid»də baxışdan keçmək üçün İspaniyaya gedəcəyini söyləyib. «Sabah viza almaq üçün sənədlərimizi verəcəm» - deyə R.Sadıqov vurğulayıb. Onun sözlərinə görə, «Valyadolid»də baxışda olduğu müddətlə İspaniyanın birinci liqasında çıxış edən  daha iki-üç komandanın nümayəndələri onun  oyununu izləyəcəklər. Lakin R.Sadıqov bu klubların adlarını açıqlamayıb.
Yığmamızın kapitanı bildirib ki, əgər «Valyadolid»lə anlaşmasalar, o zaman Türkiyənin «Boluspor» klubuna gedəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner