Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının 2012-ci ilin yekunlarına həsr olunan tədbiri keçirilib.
Qol.Az-ın məlumatına görə, Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev çıxışında ilk olaraq federasiyasının fəaliyyətinə qısa nəzər salıb:
“Bizim Federasiya 1996-cı ildə yaranıb. Lakin uzun müddət fəaliyyətimiz haqda bir çoxları məlumatsız olub. 2009-cu ildən etibarən bu sahədə böyük nailiyyətlər əldə etdik. Həmin ilin mayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibəti ilə böyük yarışma təşkil olundu. Bu tarixdən etibarən atçılığın inkişafına təkan verildi”.
B.Nəbiyev daha sonra cıdır yarışlarının keçirilməsi haqda da fikirlərini bildirib:
“2010-cu ildən etibarən cıdır yarışlarını təşkil etməyə başladıq. Demək olar ki, hər il ölkəmizdə atçılığın inkişafında irəliləyişlər olur. Bu il atların sayında da artım müşahidə edilir. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycanda bu sahənin hələ də zəif olduğunu söyləyə bilərik. Almaniyada qırx mindən artıq at var. Bu ölkədə hər dörd nəfərdən biri atçılıqla məşğul olur. Ölkəmizdə isə hələ bu ənənə yoxdu”.
Azərbaycanda atçılığın inkişafı haqda danışan Bəhruz Nəbiyev iki həftədən bir cıdır meydanlarında at yarışlarının keçirildiyini deyib: “250-300-ə yaxın at iki həftədə bir dəfə təşkil olunan yarışlarda iştirak edir. Gələn il ölkəmizə gətirilən atların sayında ən azı otuz faiz artım olacaq. Auksionların təşkil edilməsi ilə bu sahədə olan durğunluğu aradan qaldırmağa çalışacağıq”.
Tədbirdə iştirak edən “Azəridmanservis” MMC-nin baş direktoru Azər Məhərrəmov bu il atçılıq sahəsində atılan yeni addımlar haqda danışıb.
O, artıq “Cıdır TV”nin fəaliyyətə başladığını qeyd edib: “Hazırda peyklə yayımlanan telekanal gün ərzində 20 saat fəaliyyət göstərir. Gələcəkdə isə telekanalın fəaliyyətinin 24 saata çatdırılması planlaşdırılır”.
Tədbirdə həmçinin bildirilib ki, Azərbaycanda at yarışlarında cıdır-şans totalizator oyunlarının təşkilinə başlanılıb. Bu oyunların Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 saylı qərarı ilə təsdiqlənmiş “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi qaydaları”na uyğun keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar müvafiq qaydada akkreditə edilmiş “Azintot” MMC at yarışları üzrə idman-mərc oyunlarının yüksək tələblərə cavab verən səviyyədə keçirilməsi məqsədilə İngiltərənin “Race and Tote Services İnternational LTD” şirkəti ilə geniş əməkdaşlıq edir və şirkət burada texniki dəstək, servis işləri aparır.
Oyunlar – Azərbaycanda və ölkə xaricində keçirilən at yarışlarının nəticələrinin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla iştirakçılar arasında nəticəni düzgün təxmin edənlərə pul mükafatı (uduş) qazandırır. Oyunların keçirilməsi üçün “Mərkəzi mərc sistemi”ni və həmin sistemlə əlaqəli olan xüsusi terminallarda təmin olunmuş agentliklər şəbəkəsi yaradılır.
“Mərkəzi mərc sistemi” bütün agentlərdən daxil olan məlumatların ümumiləşdirildiyi, yüksək məlumat işləmə imkanına malik server, computer, proqram təminatı və kommunikasiya avadanlıqlarından ibarət, həftədə 7 gün, gündə 24 saat fəaliyyət göstərən bir sistemdir. Sistem daxilində agentlərə mərc oyunlarında telefon vasitəsilə yaranmış bütün suallara, o cümlədən, texniki məsələlərlə bağlı, cavab almaq üçün 24 saat ərzində Azərbaycan, türk, ingilis və rus dilində çalışan “call center” fəaliyyət göstərir.
Binədə yerləşən Azərbaycan Atçılıq Mərkəzində və ölkəmizin digər ippodromlarında at yarışları zamanı oyunların təşkili, eyni zamanda, xaricdə - ABŞ, Avstraliya, İngiltərə, İrlandiya, Kanada, BƏƏ, CAR və digər ölkələrdə at yarışlarının keçirilməsindən öncə kuponların qəbulu və oyuna iştirak hüququ verən biletlərin terminallar vasitəsilə çap edilərək oyunçulara verilməsi nəzərdə tutulur. Yarışlar televiziya vasitəsilə canlı yayımlanacaq. Türkiyədəki turnirlərdə isə bu, fevraldan tətbiq olunacaq.
Azərbaycan və xaricdə at yarışları barədə oyun iştirakçılarının ətraflı məlumatlandırılması məqsədilə “cidir.az” saytı yaradılıb və burada online rejimində Azərbaycan və xarici vətəndaşlara iştirak imkanı verilir. Əldə olunan vəsaitin ölkəmizdə atçılıq və at idmanı sahəsinin inkişafına yönəldilməsi nəzərdə tutulub.
Məhin MƏHƏRRƏMOV
Yuxarı
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım