"Messini həbs etdirəcəyəm"

"Messini həbs etdirəcəyəm"
DÜNYA FUTBOLU 11 Dekabr 2012 / 01:09 5352
-  A +

Sabah İspaniya Kral kuboku çərçivəsində "Barselona" ilə qarşılaşacaq "Kordoba" klubunun prezidenti Karlos Qonzales oyunöncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Qonzales zarafatla "Barselona"nın ulduz futbolçusu Lionel Messini həbs etdirəcəyini bildirib:

"Oyundan öncə mühafizəçilərlə danışıb, Messini həbs etdirəcəyəm. Çünki argentinalı futbolçunu başqa cür saxlamaq qeyri-mümkündür. Zarafat bir yana qalsın, "Barselona" ilə oyunun çətin keçəcəyi hər kəsə bəllidir. Təbii ki, sərfəli nəticə əldə etməyə çalışacağıq. Futbolda hər şey mümkündür. Ancaq "Barselona" səddini keçmək elə də asan deyil. Düşünürəm ki, onların əvəzedici heyəti belə La Liqanın ikincisi olmaq gücündədir".

Qeyd edək ki, "Kordoba" - "Barselona" oyunu sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər