"Qəbələ": 481 gün sonra (VİDEO)

VİDEO 5 Dekabr 2012 / 12:37 1892
-  A +

Premyer Liqanın XVI turunda dekabrın 8-də "Qəbələ" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. "Qəbələ"nin Sumqayıta ilk və son səfəri ötən il avqustun 14-də - 481 gün öncə baş tutmuşdu. Premyer Liqanın 2011-2012 mövsümünün II turunda üz-üzə gələn komandaların duelindən qırmızı-qaralar qələbə ilə ayrılmışdılar - 2:1. Hazırda "Qəbələ"də top qovan iki sambaçının - Dodo və Daniel Kruzun qolları komandaya 3 xal qazandırmışdı. Həmin oyunun qısa icmalını təqdim edirik.



Son xəbərlər