Bu gün “Xəzər Lənkəran” klubu ofisində yeni baş məşqçi Karles Martorell Bakeslə müqavilə imzalanıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə gələn mövsümün sonuna qədərki dövrü əhatə edəcək.
Yeni baş məşqçinin təqdimetmə mərasimi isə sabah baş tutacaq.
"Xəzər Lənkəran"ın yeni baş məşqçisini daha yaxından tanıyaq: Futbola böyük sevgisi olan, dinamik və ünsiyyətcil insan olan Bakes demək olar ki, bütün həyatını professional olaraq futbola həsr etmişdir. Akademik təhsilinə Barselona Universitetində bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi ilə başlayan məşqçinin təhsil keçmişində "Barselona" klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi, FIFA PRO A məşqçi lisenziyası (İspaniya Futbol Liqasında məşqçi işləmək üçün ən yüksək dərəcə), "Barselona" futbol klubu nəzdində məşqçi-direktor kimi önəmli məqamlar diqqəti cəlb edir.
Professional futbol təcrübəsinə 2005-ci ildə Deportivo Ribes futbol klubunda başlayan Bakes 2006-cı ilə qədər buradaki baş məşqçi postunda qalıb işləmişdir. O, 2006-cı ildə bu postu tərk edərək 1 il Barselonanın Pia de Sarria-Calassanc adlı məşqçilərin formalaşması və inkişafı məktəbində məşqçi və müəllim olaraq çalışmışdır. İspan futbol adamı eyni zamanda 2006-2008-ci illərdə Vilanova ve La Geltru futbol klublarında baş menecer ve idman direktoru olaraq fəaliyyət göstərmişdir.
Bakes 2008-2010-cu illərdə Subrunese futbol klubunda baş məşqçi vəzifəsini icra etmiş, 2008 – 2012- ci illər ərzində "Barselona" futbol klubu nəzdində məşqçi-direktor olaraq çalışmışdır. Futbol karyerası ərzində Kataloniya futbol federasiyasında məşqçi və müəllim olaraq hazırda Barselona futbol klubunun əsas komandasında çıxış edən bəzi futbolçularla işləmişdir. O, son olaraq Kataloniya Futbol Federasiyasında U-14 komandasında baş məşqçi və direktor olaraq çalışmışdır.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq