FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də Fan Zonanın açılışı ilə əlaqədar olaraq Bakıdakı konsert proqramında çıxış etmək üçün şəhərimizə təşrif buyuran dünya şöhrətli pop ulduz Okeana YTK-nın Media və Kommunikasiya departamentinə eksklüziv müsahibə verərək çempionat, konsert proqramı və ölkəmiz haqqında ümumi fikirlərini bölüşüb.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dünya şöhrətli müğənni Bakıdakı çıxışını və insanların reaksiyasını səbirsizliklə gözlədiyini bildirib və Azərbaycana ilk səfəri barədə təəssüratlarını bölüşüb:
“Bu mənim Azərbaycana ilk səfərimdir və burada çıxış etməkdən çox məmnunam. Bakı heyrətamiz şəhərdir. İnsanlar çox mehriban, gülərüz və səmimi, şəhərin arxitekturası isə sadəcə möhtəşəmdir. Adımdan göründüyü kimi mən dəniz sahilini xoşlayıram, buna görə də dənizkənarı parkınızı çox sevdim”.
Fan Zonada təşkil olunacaq konsertdəki çıxışı ilə bağlı sualı cavablandıran müğənni belə bir fikir söyləyib: “Mən bu konsertdə çıxış edəcəyimə görə qurur duyuram. Çünki futbol da musiqi kimi bütün dünyadakı insanları bir araya gətirmək, onlara sevinc dolu anlar bəxş etmək üçün ən gözəl vasitələrdən biridir. Məhz, buna görə futbolu və musiqini çox sevirəm, həm də onlar bir-birinə çox yaraşır. İdman, xüsusən də futbol insanın özünə hörmət və inam hissini artıran bir şeydir. Buna görə, düşünürəm ki, idman qadınlar üçün çox əhəmiyyətlidir”.
Futbol aləminə yeni – yeni qədəm qoymağa başlayan və idmanı gələcək karyerasının əsas hissəsinə çevirmək istəyən gənc futbolçulara səslənən Okeana bildirib: “Bir müğənni kimi sənətim və ona olan sevgim barədə deyə bilərəm ki, mən hər bir çıxışımda ifama ürəyimi və ruhumu verirəm. İdman üçün də qərarlı və israrlı olmaq, ondan zövq almağa çalışmaq çox mühüm amildir. Fikrimcə, qadınlar idman aləmində çox uğurla çıxış edirlər. Olimpiya oyunlarını izləyərkən də onların möhtəşəm performansının şahidi oldum. Onlar yüksək istedada malik, güclü idmançılardır və qadın idmanının gələcəyinin çox parlaq olacağını düşünürəm. Biz qadınlar bu yolla arzularımızı reallaşdıra biləcəyimizi və həmçinin özümüzə inam hissimizi nümayiş etdiririk. Buna görə də ümumilikdə qadınların beynəlxalq idman aləmində gələcəyini çox uğurlu görürəm”.
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı
"Səbail"in məşqçisinə və futbolçularına cəza
"Borussiya" Türkiyə millisinin üzvünü göndərdi
"Şamaxı" 5 futbolçu ilə vidalaşdı
"Neftçi"dən 3 futbolçu getdi - Abubakar da var
“Sabah” onunla müqaviləni uzatmadı
"Sevilya"dan getdi
“Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
"Neftçi"nin futbolçusunun cəzası məlum oldu
Azərbaycan qadın millisinin heyəti açıqlandı
"Sabah"ın futbolçusu DÇ-2026 üçün geniş heyətdə
Hakimin bu skandal qərarı gündəm oldu - Video
"Milan" Konteni hədəfə aldı
"Neftçi"nin futbolçusu Kipr klubuna keçdi
"Bu mövsümü "Zirə" üçün uğurlu saymaq olar" - Aydın Bayramov
Əfran İsmayılov vitse-prezident təyin edildi
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
"Qarabağ"dan mövsümün azarkeş rekordu
"Sumqayıt" Saşa İliçin ayrılığını açıqladı