Avropa Liqasının play-off mərhələsinin cavab görüşü çərçivəsində bu axşam səfərdə APOEL-in qonağı olacaq "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev ötən gün bir qrup kiprli azarkeşin komandanın yerləşdiyi otelə gələrək "ağ qaralar"ın əleyhinə şüarlar səsləndirməsinə münasibət bildirib.
Qol.Az-ın Kiprə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, B.Hacıyev belə təzyiqlərin komandaya psixoloji təsir etməyəcəyini vurğulayıb: "Ötən gün bir qrup kiprli azarkeş otelə gələrək komandanın əleyhinə şüarlar səsləndiriblər. Azarkeşlərin belə təzyiqləri komandanın futbolçularına psixoloji təsir göstərə bilməz. Bunlar hamısı boş şeylərdir".
Hacıyev daha sonra komandanın qapıçısı Saşa Stamenkoviçlə barışdığını da dilə gətirib: "İlk oyundan sonra Stamenkoviçi danışdırmırdım. Ancaq o gün məşqdən sonra onu çoxlu danladım və barışdıq. Özü də əvvəl mənimlə razılaşmırdı. Sonda isə öz səhvini başa düşdü və dedi ki, siz haqlsınız. Belə epizodlarda top buraxmaq olmazdı. Ümid edirəm ki, bu gün qapısını toxunulmaz saxlayacaq".
Qeyd edək ki, APOEL - "Neftçi" oyunu bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir