Bu gün Avropa Liqasının play-off mərhələsinin cavab görüşləri keçirilib.
Qol.Az-ın məlumatına görə, bu mərhələdə yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu səfərdə Kiprin APOEL komandasının qonağı olub.
Bakıda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz Nikosiyada aydınlıq gələcəkdi. "Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaq üçün bu görüşdə mütləq qələbə qazanmalı, ya da ən azı 2:2 (3:3 və s.) hesablı heç-heçəyə nail olmalı idi.
Lakin səfərdə 3:1 hesabı ilə qələbə qazanan Böyükağa Hacıyevin komandası Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, APOEL - "Neftçi" görüşü bu axşam, Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
30 avqust
Avropa Liqasının play-off mərhələsinin cavab görüşü
22:00. APOEL (Kipr) - "Neftçi" (AZƏRBAYCAN) - 1:3
İlk oyun - 1:1
Qollar: Rəşad Sadiqov, 22 (0:1), Julius Vobay, 30 (0:2), Selim Benaçour, 44 (1:2), Flavinyo, 59 (1:3)
Qırmızı vərəqə: Elvin Yuniszadə, 82 ("Neftçi")
"Neftçi": Saşa Stamenkoviç, İqor Mitreski, Rəşad Sadiqov (k), Flavinyo, Julius Vobay (Araz Abdullayev, 75), Kanales, Erik Ramos, Bruno Bertuççi, Mahir Şükürov, Cavid İmamverdiyev, Elvin Yunuszadə.
Ehtiyat oyunçular: Emil Balayev, Saşa Yunisoğlu, Tərlan Quliyev, Rodriqinyo, Araz Abdullayev, Mirhüseyn Seyidov, Emin Mehdiyev
APOEL: Çiotis, Klukovski, Budimir, Aleksandrou, Benaçour, Manduka, Pinto, Morais, Borda, Serjio, Aloneytis
Komandalar meydana çıxır.
Yerli azarkeşlər Ermənistanın bayrağını dalğalandırırlar.
Oyuna rəqib başladı.
Uğurlar "Neftçi"...
Oyunda vəziyyət gərginləşir. Rəqib qapıçı ilə Rəşad Sadiqov cərimə meydançasında toqquşdu. Qapıçı Rəşadı, Rəşad isə onu itələdi.
Azarkeşlərin böyük dəstəyinə baxmayaraq "Neftçi" oyununu itirmir.
5. Rəqib futbolçu cərimə meydançasının kənarından qapımıza zərbə vurur. Top müdafiəçilərimizdən qayıtdı.
8. Cərimə meydançamıza doğru ötürmə edildi. Topa heç kim toxuna bilmədi. Stamenkoviç oyunu yenidən başlayacaq
8. Sol cinahdan cərimə meydançasına doğru ötürmə. Rəşad yaxşı oynadı. Afərin Rəşad.
9. Küncdən zərbə. Bertuççi topu uzaqlaşdırdı. Ardınca qapımıza doğru başla zərbə vuruldu. Top qapının üstündən keçdi.
10. Rəşad Sadiqova qarşı kobudluq. Rəqib oyunçu sarı vərəqə aldı.
13. Vobay cərimə zərbəsindən vurdu. İnanılmaz. Top qapı tirindən qayıtdı.
14. Ramos lüzumsuz halda sarı vərəqə aldı.
"Neftçi 2:0 öndədir
22. Rəşad Sadiqov hesabı açır. 30-cu dəqiqədə Vobay ikinci qolu vurur.
Oyun "Neftçi"nin üstünlüyü ilə keçir
Hörmətli oxucular! Qol.Az saytına bu dəqiqələrdə ziyarətçi sayının çoxluğu ilə əlaqədar texniki problemlər yaranır. Buna görə oxuculardan üzr istəyirik.
41. Sağ cinahdan Rəşad Sadiqov cərimə meydançasına gözəl ötürmə verdi. Cavid vurdu. Top qapının yanından keçdi.
44. "Apoel" hesab arasındakı fərqi azaldır - 1:2
Fasilə
İkinci hissə
46. Rəqib hücuma kecdi. Cərimə meydançamıza doğru ötürmə. Başla zərbə dəqiq olmadı.
47. "Apoel" ciddi şəkildə təzyiqi artırır.
50. Sağ cinahdan rəqibin hücumu. Top qapının üstündən keçdi. Çox şükür.
Yunan azarkeşlər komandamıza psixoloji təzyiqi dama etdirir, yenə də təhqiramiz şüarlar səsləndirirlər.
54. Cərimə meydançamızda təhlükə. Hər şey yaxşı bitdi Rəqib futbolçu topa dəqiq zərbə endirə bilmədi.
56. Hazırda oyun meydanın mərkəzində gedir. "Apoel" ikinci hissədə üstündür.
57. Flavinyo vurdu. Top çıxdı. İndi "Neftçi" küncdən zərbə vuracaq.
58. Küncdən zərbə dəqiq olmadı. Rəqibin əks hücumu. İndi rəqib küncdən zərbədən istifadə edəcək.
QOLLLLLLLLLLLLLLL - 3:1
59. Flavinyo cərimə meydançasının mərkəzində topu rəqibdən aldı. Bir qədər irəliləyib cərimə meydançasından topu rəqib qapısından keçirdi.
Qoldan sonra azarkeşlər daha da çılğınlaşır. Meydançaya yad əşyalar atırlar.
Vobay zədələndi. Oyun dayanbır. Vobay yenidən meydana qayıdır.
66. Bertuççi sol cinahdan irəlilədi. Qapıya zərbə vursa da dəqiq olmadı. Top qapının yanından keçdi.
"Neftçi" tarixi uğura çox yaxındır. "Apoel" "Neftçi"ni dayandırmaq üçün bundan sonra üç qol vurmalıdır. Hətta 3:3 hesabı da bizim üçün sərfəlidir.
68. Cərimə meydançamıza doğru ötürülən topu Elvin Yunuszadə çıxartdı.Küncdən zərbə.
Küncdən zərbə çox təhlükəli alındı. Müdafiəçilərimiz topu uzaqlaşdıra bildi
70. Yerli azarkeşlər stadionu tərk edir, meydançaya fişəng atırlar.
74. Oyun dayandı. Vobay yenidən zədələnib.
75. Cərimə meydançamıza doğru ötürmə. Başla zərbə. Top qapının üstündən keçdi.
75. "Neftçi"də dəyişiklik. Vobayın yerinə oyuna Araz Abdullayev daxil olur.
78. Sol cinahdan cərimə meydançamıza doğru ötürmə. Rəqib futbolçu akrobatik tullanışla zərbə vurdu. Top qapının yanından keçdi.
79. Sol cinahdan daha bir ötürmə. Afərin Stamenkoviç!!!
82. Elvin Yunuszadə rəqibin formasından tutaraq saxladı. Hakim qırmızı vərəqə göstərdi.
83. Yerli azarkeşlər meydançaya fişəng atmaqda davam edirlər.
84. "Neftçi"nin heyətində dəyişiklik. Kanalesin yerinə meydana Tərlan Quliyev daxil olur.
87. Sol cinahdan ötürmə. Qapımıza doğru zərbə vuruldu. Top qapının yanından keçdi.
89. Oyun meydanın mərkəzində keçir.
90. Qapımıza doğru zərbə. Top qapı tirindən qayıtdı.
90+1. Araz Abdullayev col sinahdan irəliləyir. Ona qarşı kobudluq.
Oyun başa çatdı. "Neftçi" Kiprdə tarix yazdı...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb