Bu gün "Neftçi" Avstriyadakı son yoxlama oyununu keçirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son Azərbaycan çempionu Xorvatiya çempionu "Dinamo" Zaqreblə qarşılaşıb.
Matçın 24-cü dəqiqəsində Emin Mehdiyev "Neftçi"ni hesabda irəli çıxaran qola imza atıb. İkinci hissədə isə əlverişsiz hava şəraiti səbəbindən görüşün hakimlər briqadası oyunu yarımçıq dayandırıb. Bu, matçın 68-ci dəqiqəsində baş verib. "Neftçi" isə matçın qalibi elan edilib.
Xatırladaq ki, bu komandalar ötən il Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşıb və "Dinamo" rəqibindən üstün olub (3:0, 0:0)
"Neftçi" - "Dinamo" Zaqreb - 1:0
Qol: Emin Mehdiyev, 24 (1:0)
"Neftçi": Saşa Stamenkoviç, Elvin Yunuszadə, Rail Məlikov, İqor Mitreski, Brunu Bertuççi, Erik Ramos, Rəşad Sadiqov, Julius Vobay, Emin Mehdiyev, Cavid İmamverdiyev, Nikolas Kanales
Oyun başlandı. Matçı Avstriya Futbol Federasiyasından olan hakimlər briqadası idarə edir.
"Dinamo" (Zaqreb) azarkeşlərinin meydana girməsindən sonra baş hakim qarşılaşmanı dayandırmaq qərarına gəldi. Hələlik oyun dayanıb.
7 dəqiqəlik fasilədən sonra oyun yenidən bərpa olundu. Həmin azarkeşlər isə mühafizə qrupu tərəfindən meydançadan kənara çıxarıldı.
"Neftçi" 2 dəqiqə ərzində iki qol epizodu yaratdı. İlk vəziyyətdə Nikolas Kanalesin zərbəsi dəqiq alınmadı, ikinci epizodda isə Brunu Bertuççi qol şansını əldən verdi.
Polis az əvvəl meydançaya girən azarkeşləri stadiondan kənarlaşdırdı.
Rəşad Sadiqovun uzaq məsafədən zərbəsi təhlükəli alındı, rəqib qapıçı topu çətinliklə də olsa qaytara bildi.
Qol. Emin Mehdiyev 24-cü dəqiqədə "Neftçi"ni hesabda önə çıxarır.
31-ci dəqiqədə rəqibin heyətində Rukavinanın zərbəsindən sonra top qapının üstündən keçdi.
Hissənin sonlarında "Neftçi" rəqibini əks-hücumda yaxaladı. Lakin Julius Vobayın zərbəsindən sonra top qapıdan aralı keçdi.
İlk hissə başa çatdı.
İkinci hissə başlandı..
Rəqib komandanın heyətində 5 dəyişiklik gözə dəyir.
"Neftçi"nin heyətində hələ ki, əvəz olunan yoxdur
Komandamız rəqibini əks-hücumda yaxaladı. Cavid İmamverdiyevin zərbəsi qapıdan azacıq aralı keçdi.
Oyunun keçirildiyi Yenbax şəhərində yağış yağır və komandamız küləyə qarşı oynayır.
Hava şəraiti getdikcə pisləşir, yağış leysan xarakteri alıb
Hakim əlverişsiz hava şəraiti səbəbindən oyunu dayandırır
Hakimlər briqadası oyunu davam etdirməmək qərarına gəlir və "Neftçi" başa çatmayan matçda qələbə qazanır.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video