Cavid İmamverdiyev: "Hamımız qələbəyə köklənmişdik"

Cavid İmamverdiyev: "Hamımız qələbəyə köklənmişdik"
ÖLKƏ FUTBOLU 30 Yanvar 2012 / 23:37 1756
-  A +

"Qol vurub komandamızın qələbəsində pay sahibi olduğuma görə sevinirəm. Hamımız qələbəyə köklənmişdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Əhməd Kadırov adına turnirdə “Poloniya” üzərində 3:1 hesabı ilə qələbə qazanan “Neftçi” klubunun futbolçusu Cavid İmamverdiyev deyib.

“Güclü rəqibə qarşı layiqli oyun göstərib, uğur qazandıq. Bunun davamını "Paxtakor"la oyunda da gətirmək istəyirik" – deyə o əlavə edib.

Qeyd edək ki, İmamverdiyev bugünkü görüşdə komandasının üçüncü qoluna imza atıb.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...