Ukrayna klubu "Qəbələ"yə qalib gəldi

Ukrayna klubu "Qəbələ"yə qalib gəldi
ÖLKƏ FUTBOLU 25 Yanvar 2012 / 19:18 3138
-  A +

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" klubu bu gün növbəti yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Fatih Kavlakın komandası Ukraynanın "Krivbass" klubuna 1:2 hesabı ilə məğlub olub.

"Qəbələ"nin yeganə qoluna görüşün 75-ci dəqiqəsində Arif İsayev imza atıb.

"Qəbələ" matça aşağıdakı heyətlə çıxıb:

Pavel Doroşev, Saşa Yunisoğlu, Daniel Kruz, Lyubo Baranin, Mahir Şükürov,  Bruno da Silva,  Veselko Trivunoviç,  Deon Burton, Luis Hilario Dodo,  Viktor Mendi, Yannik Kamanan.

Xatırladaq ki, Türkiyədə ilk matçını Qazaxıstanın "Atırau" klubuna qarşı keçirən "Qəbələ" yenə rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...