"Qarabağ" "Rid"ə uduzdu

ÖLKƏ FUTBOLU 25 Yanvar 2012 / 19:04 5041
-  A +

Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ" klubu bu gün növbəti yoxlama görüşünü keçirib.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçi Avstriyanın "Rid" klubuna 1:3 hesabı ilə məğlub olub. 

"Qarabağ"ın yeganə qoluna görüşün 7-ci dəqiqəsində Əfran İsmayılovun ötürməsindən sonra Rauf Əliyev imza atıb.

Vaqif Cavadov iki illik fasilədən sonra "Qarabağ"ın heyətində meydana çıxıb.

Görüşü azərbaycanlı hakim Orxan Məmmədov idarə edib.

Qeyd edək ki, ilk matçında Qazaxıstanın "Taraz" klubu ilə qarşılaşan "Qarabağ" rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu.




 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...