Mahir Şükürov seriala çəkildi

Mahir Şükürov seriala çəkildi
ÖLKƏ FUTBOLU 19 Yanvar 2012 / 12:14 2851
-  A +

Milli komandamızın və “Qəbələ” klubunun müdafiəçisi Mahir Şükürov seriala çəkilib.

Qol.Az-ın məlumatına görə, futbolçu “Xəzər” TV-də yayımlanan “Qaynana” serialının 33-cü seriyasında yer alıb.

Şükürov məsələ ilə bağlı “Futbol+” qəzetinə bunları deyib: “Telekanalın əməkdaşı Ceyhun Rzayev zəng vurub “Qaynana” serialının rejissorunun məni görmək istədiyini dedi. Serialda çəkilməyə razılıq verdim. Təxmini ssenari belədi ki, Tofiq rolunun ifaçısı Elməddin Cəfərov məni braziliyalı Dinyo kimi təqdim edir. Üzümə də qara vurulur ki, guya braziliyalı olduğum bilinsin. Yaxşısı budu, özünüz baxın. Məncə, maraqlı alınıb. Təbii ki, bu seriala görə heç bir pul almayacam. Görünür, ora dəvət almağım “Qaynana”nın daha da populyarlaşması üçün edilib”.

Qeyd edək ki, veteran qapıçı Hüseyn Məhəmmədov da dünənki seriyada rol alıb.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...