Böyükağa Hacıyev "Neftçi"nin məğlubiyyətini şərh etdi

Böyükağa Hacıyev "Neftçi"nin məğlubiyyətini şərh etdi
ÖLKƏ FUTBOLU 17 Yanvar 2012 / 23:15 2099
-  A +

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev komandasının yoxlama görüşündə Drezden “Dinamo”suna 0:1 hesablı məğlubiyyətini şərh edib.

Qol.Az-ın məlumatına görə, baş məşqçi klubun rəsmi saytına açıqlamasında matçın bərabər səviyyədə keçdiyini deyib:

"Dinamo" Almaniyanın ən köklü klublarından biridir. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, matç bərabər səviyyədə keçdi. Görüş heç-heçə bitsə idi, daha ədalətli olardı. Ümumilikdə komandadan razı qaldım. Bəzi oyunçular öz üzərlərində işləməlidirlər. İkinci hissədə heyəti demək olar ki, bütünlüklə dəyişdim. Bu gün meydana çıxan  Emin Mehdiyev, Kənan Manaflı, Elnur Soltanlının oyunu ümidvericidir. İnanıram ki, yaxın gələcəkdə onlar "Neftçi"nin əsas heyətində möhkəmlənəcəklər".

Böyükağa Hacıyev komandasının Antalyada keçirdiyi təlim-məşq toplanışı barəsində də fikirlərini bildirib: “Bir həftədir ki, Antalyada hazırlıq keçirik. Komandanın dözümlüyünü artırmaq istiqamətində işlər aparırıq. Məqsədimiz futbolçuların məşqlərdən nə qədər yararlandığını bilmək idi”.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...