Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, bu siyahıda Azərbaycanı yalnız bir futbolçu təmsil edib. Bu, "Qəbələ" klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovdur.
1888-ci ildən 2011-ci ilə qədər olan dövrü əhatə edən siyahıda R.Məmmədov 36-cı pillədə qərarlaşıb. Həmyerlimiz 1992-2005-ci illər ərzində futbolçu karyerası dövründə vurduğu 64 qolla adını dünyanın ən məhsuldar müdafiəçiləri sırasına yazdıra bilib.
Rumıniyalı George Popesko da eyni sayda qola imza atmasına baxmayaraq, Məmmədovu qabaqlaya bilməyib. Rumıniyalı 472 oyunda 64 qola imza atdığı halda, Məmmədov 285 matçda eyni sayda fərqlənib.
Məhz bu səbəbdən də Məmmədov Popeskonu geridə qoyub.
Ümumilikdə isə siyahıya hollandiyalı müdafiəçi Ronald Kuman başçılıq edir. Keçirdiyi 583 oyunda 193 dəfə fərqlənən Kuman bütün rəqiblərini qabaqlayıb. Argentinalı Daniel Alberto Passarella 134 qolla 2-ci, ispaniyalı Fernando Hiyerro 3-cü olub.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi