“Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernhard Raabın köməkçisi Təbriz Həsənovun komandayla müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan T.Həsənov qərarının səbəblərini açıqlayıb:
- İyun ayında “Sumqayıt” Futbol Klubunun rəhbərliyindən təklif aldım. Layihəni çox bəyəndim. Mən həm də 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisiyəm. U-17-nin üç əsas siması Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov “Sumqayıt”la müqavilə imzaladı. Futbolçuların püxtələşməsi üçün klubda da onlarla olmaq məqsədə uyğun idi. Lakin 1995-ci il təvəllüdlü adları çəkilən futbolçular bundan sonra U-19-un şərəfini qoruyacaq. Mən isə 1996-cı il təvəllüdlü futbolçuların axtarışına başlayacağam. Bu səbəbdən milli komandadakı işlərim xeyli artdığından “Sumqayıt” Futbol Klubundan ayrılmaq məcburiyyətində idim. Qərarımı klubun rəhbərliyinə çatdırdım, onlar da buna hörmətlə yanaşdılar.
- “Sumqayıt”dakı işinizdən razı qaldınızmı?
- Sumqayıt Azərbaycan futboluna xeyli futbolçu bəxş edib. Bu şəhərdə daim futbol olmalıdır. “Sumqayıt” Futbol Klubu gənclərədən qurulub. Hamıya məlumdur ki, klubun zamana ehtiyacı var. Premyer Liqanın son 8 qarşılaşmasına nəzər saldıqda görərik ki, komanda 4 oyunda qələbə qazanıb və aktivinə 12 xal yazdırıb. Bu layihədə əsas və aşağı yaş millilərinin futbolçularının oyun praktikası artırması baxımından çox yaxşıdır. Son zamanlar əsas qapıçımız Andriy Popoviç və Bədavi Hüseynov milli komandaya çağırılır. Yığmanın bir müddət əvvəl Bakıda təşkil olunmuş seleksiya xarakterli toplanışında daha iki futbolçumuz Hacı Əhmədov və Samir Yusifov da əsas yığmanın heyətinə çağırılan futbolçulardan idi. Bundan başqa, Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev, Tərlan Quliyev, Orxan Həsənov və Ruslan Qurbanov isə U-21-in əsas futbolçularıdır. Heyətimizdə U-19-un üç üzvü Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmaləddinov da gələcək vəd edən futbolçular sırasındadır. Adları çəkilən futbolçular “Sumqayıt”ın heyətində Premyer Liqa oyunlarında çıxış edir. Məhz bu amil onların milli komandaya xeyir verəcək anlamına gəlir. Mən sizi əmin edirəm ki, bütün Azərbaycan tezliklə bu layihənin bəhrəsini görəcək.
Qaldı ki klubdakı işimə, bundan tam razıyam. “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab olduqca təcrübəli mütəxəssisdir. Onunla çalışmaq insanda xüsusi həvəs yaradır. Almaniyalı mütəxəssisdən bəzi şeylərdə öyrənmişəm.
- Gələcək planlarınız barəsində nə deyə bilərsiniz?
- Bundan sonra bütün diqqətimi 17 yaşadək futbolçulardan ibarət milli komandaya yönəldəcəyəm. “Azercell U-17 Liqası”nın oyunlarını izləyib futbolçu axtarışına çıxacağam. Yeni komanda yaratmaq üçün işim olduqca çox olacaq. Bir neçə seleksiya xarakterli təlim-məşq toplanışları keçirəcəyik, beynəlxalq turnirlərdə iştirak edərək heyəti formalaşdırmağa çalışacağam. AÇ-nin seçmə mərhələsinə qədər, daha dəqiq desəm oktyabr ayına kimi komandanı tam hazır vəziyyətə gətirməliyəm. Bildiyiniz kimi, İspaniya, Polşa və Bolqarıstan kimi komandalarla bir qrupda mübarizə aparacağıq. Buna görə, əzmkar və döyüşkən komanda yaratmalıyıq.
- Necə düşünürsüz, “Sumqayıt” Premyer Liqanı hansı pillədə tamamlayacaq?
- Düşünürəm ki, komanda hazırda turnir cədvəlində layiq olduğu yerdə deyil. Göstərdiyimiz oyun da buna misaldır. Əksər qarşılaşmalarda qələbəyə layiq futbol oynasaq da, minimal hesabla məğlub olmuşuq. Amma buna baxmayaraq, “Sumqayıt” Premyer Liqanı layiq olduğu pillədə tamamlaya biləcək. Növbəti mövsüm isə bu klub yüksək pillələr uğrunda mübarizə apara biləcək.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə