"Media forum" saytı gənc futbolçu Sənan Bayramzadə ilə müsahibə götürüb. 1994-cü ildə anadan olmuş Sənan əslən Laçın rayonundandır. Hazırda Ukraynada, Kiyevin "Zirka" komandasında oynayır. Həmin müsahibəni təqdim edirik:
- Futbola necə gəldin?
- Əvvəl-əvvəl bu, sadəcə uşaqlıq marağı idi. Televiziyada futbola çox baxırdım. Ürəyimdən gələcəkdə tanınmış futbolçu olmaq keçirdi. Belə-belə futbola bağlandım. Əvvəlcə Suraxanıda, “Neftçi” futbol klubunun uşaq komandasında oynamağa başladım. Xaqani Məmmədovun məşqçiliyi altında. Daha sonra “Ulduz” futbol klubunda gürcü Zaza Çankvetadzenin rəhbərliyi ilə məşqlərə getdim. Bu kluba gəlməyimlə müəyyən uğurlar qazandım.
- Evdə razı idilər futbola bağlanmağına?
- Evdən heç vaxt mənə “futbola getmə” deməyiblər. Əksinə, həmişə dəstək görmüşəm. Əvvəlcə dərslərimdə axsamalar oldu. Bu, narahatlıq doğurdu evdə. Sonralar problem yoluna qoyuldu.
- Ukraynaya necə gedib çıxdın?
- “Ulduz” komandasında məşqçim olan Zaza Çankvetadzenin xarici klublarla əlaqələri vardı. Əvvəl Gürcüstana göndərmək istəyirdi məni. Amma bu alınmadı. Daha sonra Ukraynaya yoxlanışa getdim. Elə ilk yoxlanışda “Borisven” klubu məni öz heyətinə götürdü.
- Bəs evdən necə qarşıladılar Ukraynaya getməyini?
- Düzü, evin tək uşağı olduğuma görə anam heç razı deyildi. Atamın təkidlərindən sonra razılaşdı Ukraynaya getməyimə.
- Ukraynada çətinliklə üzləşdinmi?
- Bir az dil baxımından çətinliyim oldu. Amma Azərbaycanda rus dilindən əlavə hazırlığa getməyim kömək elədi. Öncə əvəzedici komandada oynadım. Əsas heyətə düşməkdə çətinlik çəkirdim. Komanda yoldaşlarımın, demək olar, hamısı çox yaxşı oyunçular idi. Amma öz üzərimdə işlədikdən sonra əsas heyətdə yerimi möhkəmləndirdim.
- “Zirka” komandasına necə keçdin?
- “Borisven” “Zirka” komandası ilə yoldaşlıq oyunu keçirirdi. Mən də əsas heyətdə yer almışdım. Həmin oyunda “Zirka”nı 3:0 hesabı ilə məğlub etdik. Oyunum rəqib komandanın məşqçisinin xoşuna gəlmişdi. Bizim komandanın məşqiçisi ilə danışıqlar apardı ki, onlarda yoxlanışa gəlim. Yoxlanışda özümü yaxşı göstərdim. Bundan sonra “Zirka”da qaldım.
- Azərbaycan futbolundan sənə diqqət necədir?
- Müəyyən dərəcədə diqqət var. Keçən il “Bakı” komandası məni yoxlanışa çağırmışdı. Bəyənmişdilər məni. Qalıb oynamağımı istəyirdilər. Amma Ukraynaya bilet almışdım. Ona görə qala bilmədim Bakıda.
- Hazırda necə, hər hansı klubdan dəvət varmı?
- “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov yoxlanışa çağırıb məni. Yoxlanışdan keçə bilsəm, “Qarabağ”da qalıb oynayacam. Planım Azərbaycanda oynayıb ölkə futboluna müəyyən töhfə verməkdir. Sonra isə istərdim ki, Türkiyə çempionatında oynayım. Uşaqlıqdan ən böyük arzum “Qalatasaray”ın şərəfini qorumaqdır. Bunun üçün də əlimdən gələni edirəm.
- Azərbaycan çempionatının səviyyəsi səni qane edirmi?
- Qonşu ölkələrə və Avropaya baxanda çox zəifdir bizim çempionat. Buna baxmayaraq yaxşı komandalarımız, istedadlı oyunçularımız var. Əvvəlki illərə baxdıqda çempionatda müəyyən canlanma his olunur. Yəqin yaxın bir neçə ilə bizim çempionat da qonşu ölkələr olan Rusiya, Türkiyə çempionatları səviyyəsinə çatar. Bizdə futbol bazaları çox aşağı səviyyədədir. Ayrı-ayrı klubların gəncləri bir stadionda növbə ilə məşq edirlər. Futbolçular hər gün yox, iki-üç gündən bir məşq edirlər. Amma Ukraynada belə deyil. Bir futbol klubunun bəzən bir neçə bazası olur. Elə mənim oynadığım “Zirka” komandasının bir neçə bazası var. Demək olar, hər gün məşq edirik. Gərək uşaq futboluna ciddi qayğı ola. Uşaq futbolu olmayan yerdə gələcək yoxdur.
- Bir futbolçu kimi hansı nailiyyəti əldə etmək istəyərdin?
- Ən azı UEFA Çempionlar Liqasının qalibi olmaq istərdim.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə