"Bakı" Hollandiya nəhənginə qarşı

"Bakı" Hollandiya nəhənginə qarşı
ÖLKƏ FUTBOLU 6 Yanvar 2012 / 18:57 3764
-  A +

Yanvarın 9-da Türkiyəyə yola düşəcək paytaxtın "Bakı" klubu qardaş ölkədə bir neçə yoldaşlıq görüşü keçirməyə planlaşdırır.

Qol.Az-ın məlumatına görə, Antalyanın Bələk bölgəsində məskunlaşacaq "Bakı"nın rəqiblərindən daha birinə aydınlıq gəlib.

Hollandiya mətbuatının yazdığına görə Aleksandr Starkovun komandası yanvarın 14-də Hollandiyanın aparıcı klublarından olan "AZ Alkmaar" klubu ilə qarşılacaq. 

Yanvarın 11-də Almaniyanın "Verder" (Bremen) klubu ilə yoldaşlıq görüşü keçirəcək Hollandiya təmsilçisi iki gün III Bundesliqa təmsilçisi "Wehen Wiesbaden" komandasını sınağa çəkəcək. Bu görüşün səhəri günü isə "AZ Alkmaar" klubunun "Bakı" ilə qarşılaşacağı qeyd olunub.

Lakin "Bakı" klubu hələlik bu barədə rəsmi razılıq əldə olunmadığını bildirib. Bununla belə, Hollandiya təmsilçisi ilə danışıqların getdiyi də təsdiqlənib.  

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...