AZAL klubunun kapitanı Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Keçən mövsüm AZAL mükafatçılar sırasında olsa da, cari çempionatda uğursuz çıxış edir. Səncə, niyə?
- Biz elə həminki komandayıq. Heyətimizdə ciddi dəyişiklik olmadı. Sadəcə, AZAl “qara zolağ”a düşüb. Burada konkret məşqçini və ya futbolçuları günahlandırmaq düzgün olmaz. Belə uğursuz oynamağımızın təqsiri bütün komandadadır.
- Turnir cədvəlində yeddinci pillədə qərarlaşsanız da, ilk “altılıq”dan sizi cəmi üç xal ayırır. Bu mövsüm birinci “altılığ”a düşmək şanslarınızı necə qiymətləndirirsən?
- Biz hələ də şansımızı saxlayırıq. Qarşıda bizi dörd qarşılaşma gözləyir. Bizdən öndə, altıncı yerdə olan “Qəbələ”nin də bizim kimi çətin oyunları var. Əgər qarşıdakı oyunlardan maksimum nəticə əldə edə bilsək, mükafatçılar sırasına düşə bilərik. Həmçinin də, rəqiblərimizin xal itirməsi də bizə bu yolda yardımçı olacaq.
- Bu mövsüm AZAL-da bir neçə məşqçi dəyişikliyi baş verdi. Bir kapitan kimi bu haqda nə deyə bilərsən?
- Bu amil də futbolçulara və onların oyunlarına öz mənfi təsirini göstərir. Ona görə ki, klubun baş məşqçi postuna təyin edilən hər məşqçinin öz taktikası olur. Belə olan halda həm klub rəhbərliyi, həm də futbolçular ziyan çəkir. Mən şəxsən tez-tez məşqçi dəyişikliyinin əleyhinəyəm.
- AZAl-ın ilk “altılığ”a düşməsinə nə mane ola bilər?
- İlk növbədə gərək komanda vacib xallar itirməsin. Belə götürəndə AZAL həmişə mübariz komanda olub. Hər zaman güclü rəqiblərinə qarşı ciddi mübarizə aparıb. “Altılıq”a vəsiqə qazanmağımıza birinci növbədə ruh düşgünlüyü səbəb ola bilər. Amma komanda özünə inamı itirməməlidir. İstər futbolçu, məşqçi, istərsə də rəhbərlik hər zaman komandayla olmalıdır. Necə ki, klubumuzun hazırkı prezidenti Zaur Axundov hər zaman komandanın arxasında durub. AZAl yeddi oyun qələbə qazana bilməsə də, Zaur müəllim iclas keçirərək bizə dəstək oldu. Zaur müəllim əvvəllər komandamızın sponsoru idi. İndi də klubun prezdentidir. O, futbolu yüksək səviyyədə bilən şəxsdir. Bəzi klub rəhbərləri komanda 1-2 oyun uduzanda futbolçuların pulunu kəsir. Lakin Zaur müəllim belə bir şey etməyib. Çünki futboldan çox anlayışlıdır. Yeri gəlmişkən, Zaur Axundovun dəstəyindən sonra komanda yaxşı oyun göstərməyə başladı. Yəni belə məsələlər uğura imza atmaq üçün çox vacibdir. Bir də istərdim ki, klub rəhbərləri daha çox yerli və istedadlı futbolçulara güvənsinlər, nəinki cnəbilərə. Legionerlər Azərbaycana gəlib uzağı bir il yaxşı oynayırlar. Sonra isə vaxt keçirməklə pul qazanırlar.
- Klubunuzun bu mövsüm uğursuz çıxışında keçmiş prezidentiniz Vaqif Qasımovun rolu nə qədər olub? Deyilənə görə, Qasımov məşqçinin işinə qarışaraq, kimin meydana çıxmasına qərar verib.
- Vallah, mən bunun şahidi olmamışam. Mən hər zaman sözün düzünü demişəm. Əgər belə bir şey olsa deyərdim.
- Bir müddət əvvəl bildirmişdin ki, AZAL-dan ayrılacaqsan. Qərarın qüvvədə qalıb?
- Məsələ hələ ki, gündəmdədi. Bəzi klublarla danışıqlar gedir. Mətbuatda yazırlar guya ki, mən artıq hansısa klubla müqaviləyə qol çəkmişəm. Bunlar şayiədən başqa bir şey deyil. Hələ elə bir ciddi məsələ yoxdur. Olanda bundan hər kəs xəbər tutacaq.
Əli HƏYATİ
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə