Bu gün Valeri Qranatkinin xatirəsinə həsr olunan turnirdə Sankt-Peterburq komandasına 2:1 hesabı ilə qalib gəldikdən sonra Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın “Sport-Ekspress”ə istinadən yaydığı məlumata görə, o deyib ki, bu qələbə asan başa gəlməyib:
- Futbolçularımız cox əziyyət çəkdilər. Bizim qol imkanımız çox olsa da, meydanda iki bərabər səviyyəli komanda vardı. Açıq oyun getdi. Rəqib qapısına zərbə endirmək üçün daha çox şansımız oldu. Fasilədən sonra futbolçulara xüsusi olaraq dedim ki, rəqibin qapısına tez-tez zərbə endirsinlər. Mən qələbəyə görə, futbolçularımı təbrik edirəm. Dalbadal iki gün oyun keçirmək çox ağırdır. İkinci hissədə bizim oyunçular bir qədər yoruldular. Buna görə dünən də oynamış bəzi futbolçuları əvəzlədim. Süni meydançada oynamaq bizim üçün çox da çətin deyil. Çünki Azərbaycanda komandalarının bəziləri belə meydançalarda oynayır və məşq edir.
- Sizin komandada təkcə Azərbaycanda deyil, Ukrayna, Rusiya və Moldovada çıxış edən futbolçular da oynayır. Bunlar seleksiya işinin nəticəsidir?
- Biz gənc futbolçularımıza yaxşı klublarda oynamağa yardım etməyə çalışırıq. Azərbaycan futbolunun səviyyəsi yüksək olmadığı üçün biz onları daha yaxşı çempionatlarda görmək istəyirik. Əlbəttə, bununla yanaşı, həmçinin MDB ölkələrində gənc futbolçular axtarırıq.
- Dünən finlərə 0:7 hesabı məğlubiyyətdən sonra komandanın üzvləri ilə söhbətiniz oldu?
- Təbii. Daxili müzakirələrimiz oldu. Söhbətimiz yaxşı yox, daha çox sərt məcrada keçdi. Əgər bu gün qələbə qazanmışıqsa, deməli, bunun təsiri olub.
- Bugünkü oyunda hansı müsbət və mənfi cəhətlərinizi qeyd edə bilərsiniz?
- Müsbət odur ki, iki qol vurduq. Bir qol buraxmağımız isə mənfu haldır.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə