Mahir Şükürov toyuq ferması açdı

Mahir Şükürov toyuq ferması açdı
ÖLKƏ FUTBOLU 5 Yanvar 2012 / 18:42 3713
-  A +

Azərbaycan milli komandasının və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürov toyuq ferması açıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin biznes obyekti Sumqayıt Stansiyası adlanan yaşayış məntəqəsində fəaliyyət göstərir.

Şükürov Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib: “Toyuqları mənə dayım hədiyyə edib. Dayımgil toyuq saxlayır. Belə qərara gəldik ki, ferma açaq. Hazırda 500-dək toyuğumuz var”.

Tanınmış futbolçu bildirib ki, fermanı açmaqda məqsədi toyuq yetişdirmək və satmaqdan ibarətdir. Lakin Şükürov bu işlə özünün yox, etibar etdiyi şəxslərin məşğul olduqlarını əlavə edib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...