"Xəzər Lənkəran"ın futbolçusu Bakıda restoran açdı

"Xəzər Lənkəran"ın futbolçusu Bakıda restoran açdı
ÖLKƏ FUTBOLU 5 Yanvar 2012 / 18:07 3494
-  A +

Azərbaycan milli komandası və "Xəzər Lənkəran" klubunun hücumçusu Branimir Subaşiç Bakıda dostu ilə şərikli restoran açıb.

Qol.Az-ın məlumatına görə, bu barədə Serbiya mətbuatına danışan futbolçu restoranının adının "Balkan" olduğunu bildirib:

"Bakıda dostumla şərikli restoranı açmışam. Oyunlardan sonra tez-tez “Balkan”a yığışırıq. Azərbaycanda top qovan həmyerlilərim - Saşa Stamenkoviç (Neftçi), Boyan Pavloviç ("Qarabağ) və Stefan Bates (Bakı) də bu restorana baş çəkirlər.

"Rabitə" (Bakı) voleybol klubunun baş məşqçisi Zoran Qayiç də restorana gələnlər sırasında yer alır. Son zamanlar futbola böyük vəsaitlər qoyulur.  Bu da legionerləri cəlb edir ki, bəzən də onlarla 2 milyona avroya yaxın müqavilə imzalanır".

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...