Millimizin məşqçisindən əcaib bahanə

Millimizin məşqçisindən əcaib bahanə
ÖLKƏ FUTBOLU 4 Yanvar 2012 / 23:05 3031
-  A +

"Finlandiya yığması güclü rəqibdir. Lakin qırmızı vərəqə olmasaydı, nümayiş etdirdiyimizdən daha yaxşı oyun göstərə bilərdik. Düşünürəm ki, futbolçumuzu meydandan kənarlaşdırmaq üçün hakimin ciddi əsası yox idi (millimizin futbolçusu Murad Musayevin 20-ci dəqiqədə qırmızı vərəqə alması nəzərdə tutulur - red.). Sonra isə…"

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Vəli Qasımov deyib.

Qeyd edək ki, Sant-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnirdə Azərbaycan yığması finlandiyalı həmyaşıdlarına 0:7 hesabıyla uduzub.


Vəli Qasımov hesab edir ki, azarkeşlər yaxşı oyuna baxmaq istəyiblər: "Amma bir komandanın ifasında şou izlədilər. Əlbəttə, 0:7 üzücü nəticədir. Amma məşqçilərimdən biri demişkən, 1 dəfə 0:7 hesabı ilə uduzmaq, 7 dəfə 0:1 hesabı ilə uduzmaqdan yaxşıdır".

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...