Azərbaycan millisi Rusiyada biabır oldu

Azərbaycan millisi Rusiyada biabır oldu
ÖLKƏ FUTBOLU 4 Yanvar 2012 / 18:21 4961
-  A +

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunacaq Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnirə start verilib.

Qol.Az-ın məlumatına görə, turnirdə iştirak edəcək Azərbaycan milli komandası bu gün ilk sınağına çıxıb.

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan turnirdə millimizin ilk rəqibi isə Finlandiya yığması olub.

Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan milli komandamız ikinci hissədə qapısından daha 6 top buraxıb. Bununla da, yığmamız turnirə acı məğlubiyyətlə başlayıb.
 

Qeyd edək ki, Vəli Qasımovun komandası növbəti görüşünü sabah Sankt-Peterburq yığmasına qarşı keçirəcək. Bu görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 


4 yanvar

Beynəlxalq turnir

16:30. Azərbaycan – Finlandiya - 0:7


Yığmamızın start heyəti:
1. Emil Balayev, 2. Tural Hümbətov, 5. Samir Yusibov, 6. Fuad Bayramov, 7. Namiq Ələsgərov, 8. Ruslan Bədəlov, 10. Elşən Abdullayev, 15. Murad Musayev, 16. Ruslan Nəsirli, 17. Şamil Camaləddinov, 19. Azər Salahlı

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...