Araz Abdullayev Yunanıstan çempionatında debüt etdi

Araz Abdullayev Yunanıstan çempionatında debüt etdi
ÖLKƏ FUTBOLU 3 Yanvar 2012 / 21:15 4268
-  A +

Bu gün Yunanıstan Superliqasında növbəti turun görüşləri keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Araz Abdullayevin komandası "Panionios" klubu öz meydanında "Asteras Tripolis"i qəbul edib. 

"Neftçi" klubunun yetirməsi olan Araz bu görüşdə debüt edib. Araz oyunun ikinci hissəsində - 62-ci dəqiqədə Deyan Milanoviçi əvəz edərək  meydana çıxıb. Onun komandası isə 2:0 hesabı ilə qələbə qazanıb.

Oyunda hesabı 42-ci dəqiqədə Kolovos açıb. 77-ci dəqiqədə isə Fanuris Qandalukis hesabı daha da artırıb.

Qeyd edək ki, 72-ci dəqiqədə Arazın zərbəsindən sonra top rəqibin əlinə dəyib. Hakim penalti təyin etsə də, Nyazi Kuqi yuzfaizli imkanı dəyərləndirə bilməyib.

Yeri gəlmişkən, 15 oyundan sonra xalını 16-ya çatdıran Arazın komandası turnir cədvəlində 9-cu pilləyə qalxıb. 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...