“Neftçi” Antalyada beynəlxalq turnirə qatılacaq

“Neftçi” Antalyada beynəlxalq turnirə qatılacaq
ÖLKƏ FUTBOLU 3 Yanvar 2012 / 13:10 2031
-  A +

Bu ay Türkiyənin Antalya vilayətində təlim-məşq toplanışında olacaq “Neftçi” Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

Bu haqda Qol.Az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Səkkiz komandanın iştirak edəcəyi turnirdə “Neftçi”ylə yanaşı Qroznının “Terek”, Polşanın “Poloniya”, Ruminiyanın “Styaua” və ya “Rapid”, Ukraynanın “Metallist” (Xarkov), Özbəkistanın “Paxtakor” və iştirakı hələ dəqiqləşməyən daha iki komanda yarışacaq.

T.Süleymanov bildirib ki, yarışın yanvarın 28-dən fevralın 3-dək keçirilməsi nəzərdə tutulub.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...