“Panionios” Araz Abdullayevin adını “18”liyə saldı

“Panionios” Araz Abdullayevin adını “18”liyə saldı
ÖLKƏ FUTBOLU 3 Yanvar 2012 / 12:55 2350
-  A +

Bakının “Neftçi” klubunun yetirməsi Araz Abdullayev bu gün Yunanıstan superliqasında debüt edə bilər.

Qol.Az-ın məlumatına görə, “Panionios”un futbolçusu olan Araz artıq bu gün lisenziyasının alıb və Yunanıstan çempionatında oynamaq hüququ qazanıb.
 
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Qol.Az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib.

“Yunanıstan Futbol Federasiyası Araza beynəlxalq sertifikatın alınmasıyla bağlı Azərbaycan tərəfinə müraciət etmişdi. Təxminən 1 saat əvvəl biz AFFA-nın beynəlxalq şöbəsiylə bu məsələni yoluna qoyduq. Hətta artıq “Panionios”dən bizə məsələni operativ şəkildə yoluna qoyduğumuza görə təşəkkür bildirilib.Bizə verilən ən son məlumata görə, artıq Arazın adı “18”liyə, oyunun iştirakçıları sırasına da salınıb. Onun bugünkü görüşdə iştirak edib-etməyəcəyi isə təbii ki, baş məşqçinin qərarından asılı olacaq” – deyə T.Süleymanov bildirib.

Qeyd edək ki, “Panionios” klubu bu gün öz meydanında “Asteras Tripolis”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner